Ceviklikləri, cəldlikləri və məharətli ovçuluq qabiliyyətləri sayəsində bəbirlər hətta ən cəld və qorxulu şikarı tuta bilirlər. Bu yırtıcılar ov edərkən iki üsuldan istifadə edirlər. Birinci halda onlar sakitcə ehtiyatla ətrafa boylanaraq şikarına yaxınlaşır, yerə sıxılaraq yavaş-yavaş sürünür və cəld sıçrayışla onun üstünə atılır. Bu cür sürətlə sıçrayarkən onun şikarı özünü itirir və kənara qaçmağa macal
Bəbirlərin qida obyeklərinin siyahısına 25 növ heyvan daxildir. Lakin onların sıralanması və potensial sayı, əsasən 2-3 növ orta ölçülü cütdırnaqlı heyvanın populyasiyasının səviyyəsi ilə müəyyən olunur. Bəbir digər şikarlarından daha çox orta ölçülü və müəyyən qədər iri heyvanlara üstünlük verir. Onların Qafqaz ərazisində dağkeçiləri və qoyunları, vəhşi öküz, maral və bu növ digər cütdırnaqlı heyvanları
Bəbirin xəzi qısa və sıxdır. Sarı və ya sarı-kürən xəzdə səpələnmiş qara və qonur xallar bəbirlərə xarakterikdir. Xallar bütöv və halqaşəkilli fiqur formasında olur. Ölçüsü 5-6 sm olan halqaşəkilli xalların ortası xəzin ümumi rəngindən nisbətən tünd çalardadır. Qara halqalar bəzən tam olsa da, adətən sayı 2-5 arasında dəyişən ayrı-ayrı xalların qruplaşmasından ibarət olur. Bəbirlərin xəzində
Azərbaycan ərazilərində yaşayan bəbirlər adətən toranlıq və ya gecə həyatı tərzi keçirirlər. Axşam toran düşəndə onlar ova çıxır və gecənin birinci yarısında, eləcə də səhər tezdən ov edirlər. Hava yağmurlu və soyuq olarkən onlar şikarlarını gündüzlər də təqib edirlər. Bəbir çox ehtiyatlı və gizlin həyat tərzi keçirir. Bu yırtıcı ehtiyatlı olsa da qorxaq deyildir. İnsan gördükdə qorxu hissini biruzə