Benxi
WWF Azərbaycan - Badamdar 1-ci yaşayış massivi,
döngə 11, ev 3, AZ1021, Səbail Bakı, Azərbaycan
Tel: (+994) 12 502-46-83
Faks: (+994) 12 502-46-83
Ov etmə üsulları - Leopard
Maraqlı Məlumatlar

Ceviklikləri, cəldlikləri və məharətli ovçuluq qabiliyyətləri sayəsində bəbirlər hətta ən cəld və qorxulu şikarı tuta bilirlər. Bu yırtıcılar ov edərkən iki üsuldan istifadə edirlər. Birinci halda onlar sakitcə ehtiyatla ətrafa boylanaraq şikarına yaxınlaşır, yerə sıxılaraq yavaş-yavaş sürünür və cəld sıçrayışla onun üstünə atılır. Bu cür sürətlə sıçrayarkən onun şikarı özünü itirir və kənara qaçmağa macal tapmır. Bəbir sıçrayışı uğursuz olduqda əlindən çıxmış şikarın arxasınca düşüb onu izləmir.

İkinci halda bəbirlər heyvanların su içdiyi və ya keçdiyi yerlərdə pusquda durub gözləyir. Ötüb keçən heyvanın üzərinə uzunluğu 6-8 m olan sıçrayışla atılır.

Xirda heyvanları pəncəsinin zərbəsi ilə öldürür, irilərin üzərinə sıçrayaraq əvvəlcə onları yerə yıxır. Şikarının buynuzlarından və təpiklərindən qorunmaq üçün boğazından tutaraq son nəfəslərinə kimi onu boğur. Yıxılmamış heyvanın boynundan dişləri ilə yapışır. Əlindən qaçırdığı heyvanı bəzən qovub çatır, ön pəncəsinin zərbəsi ilə yerə sərir.

İri qabanları ovlamaq xüsusi bacarıq tələb edir və bu işi yalnız təcrübəli bəbirlər bacarırlar. Təcrübəsi az olanlar qabana hücum edərkən ciddi zədələr alırlar. Tirəndazı ovlayarkən bəbirlər təhlükəli iynələrdən yayınmaq üçün həmişə bir müddət onun ətrafında fırlanır və nəhayət imkan düşən kimi pəncələri ilə ən zərif hissəsi olan başından vurub ölümcül hala salırlar.

Adətən bəbirlər ova tək çıxırlar. Nadir hallarda ana bəbiri balaları ilə və ya erkək bəbiri dişi ilə birgə ova çıxmış görmək olar. Şikarını ovlayandan sonra bəbirlər qəniməti ilə birlikdə gizlənməyə çalışırlar. Onlar bir dəfəyə 2-3 kq ət yeyir. Yem olmadıqda bəbirlər 7-11 gün ac qala bilir və bu zaman aktivliyi itirmirlər.

az