Benxi
WWF Azərbaycan İçəri şəhər, Böyük Qala küç.6 Döngə 11,
Turn 11, AZ1001 Bakı, Azərbaycan
(+994) 12 492-25-04
(+994) 12 492-25-09
Bəbirlərin yaşayış əraziləri və yuvaları

Xüsusi əraziləri olmayan gənc bəbirlər bir qayda olaraq, iri fərdlərin yaşayış sahələrinin ətrafında, ayrı-ayrı ov ərazilərinin arasındakı sahələrdə yaşayırlar. İri erkək fərdlər dişilərin azsəmərəli ov ərazilərindən, demək olar ki, istifadə etmirlər. Gənc erkək fərdlərin dişilərin ov ərazilərinin ətrafında yerləşməsi bununla bağlıdır. Erkək bəbirlər daha sürətlidir və ov sahələrini tez-tez dəyişir. Onlar dişilərin ov ərazilərinə tək-tək nəzarət edirlər. Yalnız gənc fərdlər bu ərazidə yaşadığına dair əlamətlər göstərdiyi, yaxud dişilərin ov halında olduğu təqdirdə həmin ərazidə ləngiyirlər.

           Dişi bəbirlər üçün müəyyən olunmuş yaşayış sahələrin miqyası fərqlidir. Yaşayış yerinin xüsusiyyətlərindən və əsas şikarlarının populyasiyası sıxlığından asılı olaraq bu sahələr 3-15 min hektar arasında dəyişir.

           Cütləşmə dövrünə yaxın dişilərin davranışı kəskin dəyişir və buna uyğun olaraq istifadə etdikləri ərazilər də dəyişir. Çoxsaylı müşahidələr göstərir ki, dişilər özləri aktiv şəkildə erkək fərd axtarır və bununla bərabər əraziyə nişanlar qoyurlar. Bu dövrdə onun ərazidən istifadə etməsi erkək fərdin həmin vəziyyətdəki davranışını xatırladır. Belə ki, heyvan 3-4 gün ərzində yaşayış sahəsini bütünlüklə yoxlayır.    

          Yaşlı tənha bəbirlər yuvadan istifadə etmirlər. Onlar qayaların altında, uçqunluqlarda, dağların ətraf yaxşı görünən yerlərində istirahət edirlər. Qeyri-mülayim iqlim şəraitində bu heyvanlar küləkdən, yağışdan, qardan daldalanmaq üçün qapalı yerlərdə gizlənirlər.  Ana bəbirlərin bala çıxardığı yuvalar sərt dərələrin əlçatmaz yarğanlarında, meşənin sıx ağaclı, itburnu, böyürtkən kolları ilə örtülmüş mağaralar və əsasən də onların qidalandığı heyvanların çox olduğu yerlərdə olur. Yuvaları ətrafdakı yerlərdən seçilmir və onların yaxınlığında qida qalıqları olmur. Bəbirlər yuvadan az müddət ərzində istifadə edir. Balaları böyüdükdə ana bəbirlər daldandığı yerləri vaxtaşırı dəyişir. 

azAzerbaijani
en_USEnglish azAzerbaijani