Benxi
WWF Azərbaycan İçəri şəhər, Böyük Qala küç.6 Döngə 11,
Turn 11, AZ1001 Bakı, Azərbaycan
(+994) 12 492-25-04
(+994) 12 492-25-09
Bəbirlərin xarici görünüşü

Pişikkimilər fəsiləsinin ən iri növlərindən biri olan Qafqaz bəbiri ölçülərinə görə yalnız şir və pələngdən geri qalır. Onun uzunsov elastiki və əzələli bədəni, ön pəncələri geniş və güclü olan qısa ayaqları, uzun quyruğu və nisbətən xırda yumru başı olur. Alnı qabarıq, üz hissələri nisbətən önə doğru uzanmış, uzunluğu 7,5 – 8 sm-ə çatan girdə qulaqları dikəlmiş olur. Bədən uzunluğu 126-171 sm, hündürlüyü 50-78 sm-ə çatır. İri fərdlərinin kütləsi 50-60 kq.dır.  Bəbirlər heyvani qida ilə qidalanır, Onların iri köpək dişləri və mişar kimi azı dişləri olur. Buna görə də onları yırtıcı heyvanlar adlandırırlar. Boynu və çənəsi çox güclüdür. Bir bəbir özündən 12 dəfə ağır heyvan ovlaya bilir. Dişləri iri və iti olsa da, bəbirlər balalarını ağızlarınfa ehmalca daşıya bilir. 

Bütün pişikkimilərin pəncələri eyni quruluşa malikdir. Bəbirin ön pəncələri 8-12 x 8-12 sm, arxa pəncələri 9-11 x 7-9 sm ölçülərindədir. Onların uzun əyri dırnaqları yeriyərkən xüsusi kisələrə yığılır və ona görə də həmişə iti qalırlar. Iti dırnaqlar bəbirin ağaclara dırmanmasına və ov etməsinə kömək olur. Öz şikarlarını onlar əvvəlcə dırnaqları, sonra isə dişləri ilə tuturlar. Qüvvətli ayaqlar bəbirlərə güc və cəldlik verir. O çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır. Bəbir sıçrayışının uzunluğuna (5–8 m) görə bir çox iri məməliləri geridə qoyur. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir.  58 km/saat sürətlə bəbirlər yalnız hepard, şir və pələngdən geri qalırlar. Müqayisə üçün qeyd edək ki, hepard 120 km/saat, şir 80 km/saat, pələng 65 km/saat sürətlə qaçır.

azAzerbaijani
en_USEnglish azAzerbaijani