Benxi
WWF Azərbaycan İçəri şəhər, Böyük Qala küç.6 Döngə 11,
Turn 11, AZ1001 Bakı, Azərbaycan
(+994) 12 492-25-04
(+994) 12 492-25-09
Bəbirlər haradan gəlir?

Bəbirlərin əcdadlarının Miyosen dövrünün sonlarında Afrikada yarandığı güman edilir. Həmin dövrdə qitədə cütdırnaqlı heyvanlar üstünlük təşkil etmiş, buynuzluların müxtəlifliyi artmışdır.  İri pişikkimilər – bəbir, şir, pələng, yaquar və panter 2-3 milyon il əvvəl ümumi əcdaddan törəmişdir.

Müasir bəbirlər təxminən 470 000 – 825 000 il əvvəl Afrikada formalaşmış və oradan Avrasiya kontinentinə yayılmışlar. Qeyd edək ki, qazıntılardan tapılan qalıqlara görə müxtəlif paleontoloji tarixlər göstərilir.                     

Ehtimallara görə, Avrasiya bəbirləri daha gəncdir. Onlar 170 000 –  300 000 il əvvəl Afrikadan Orta Asiyaya, daha sonra şərqə və cənuba doğru, Hindistanın hazırkı ərazisi, Şri-Lanka adası, Cənub-Şərqi Asiyaya, daha sonra Şimala, Çinin, Koreyanın şimal ərazilərinə, Rusiyanın uzaq cənubuna miqrasiya nəticəsində meydana gəlmişlər. Afrikadan köç edən bir sıra canlılar kimi bəbirlər də Sinay yarımadasından keçərək Avrasiyaya gəlmişlər. Bəbirlərin yayılma cizgisi insanların Afrikadan ehtimal olunan yerdəyişmə yolu ilə eynidir.  

Bəbir – pişikkimilər fəsiləsinin yırtıcı növü, iri pişiklər yarımfəsiləsinə aid olan panter cinsinin dörd nümayəndəsindən biridir. XX əsrdə Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmizi kitabına daxil edilmişdır.

azAzerbaijani
en_USEnglish azAzerbaijani