Benxi
WWF Azərbaycan İçəri şəhər, Böyük Qala küç.6 Döngə 11,
Turn 11, AZ1001 Bakı, Azərbaycan
(+994) 12 492-25-04
(+994) 12 492-25-09
Xəzinin rəngi və xalların quruluşu
Maraqlı Məlumatlar

Bəbirin xəzi qısa və sıxdır. Sarı və ya sarı-kürən xəzdə səpələnmiş qara və qonur xallar bəbirlərə xarakterikdir. Xallar bütöv və halqaşəkilli fiqur formasında olur. Ölçüsü 5-6 sm olan halqaşəkilli xalların ortası xəzin ümumi rəngindən nisbətən tünd çalardadır. Qara halqalar bəzən tam olsa da, adətən sayı 2-5 arasında dəyişən ayrı-ayrı xalların qruplaşmasından ibarət olur. Bəbirlərin xəzində şaquli zolaqlar yoxdur, ancaq bəzən bel hissədə ayrıca xallar birləşərək uzununa qısa zolaqlar əmələ gətirir.  Hər bir bəbirin xallarının forması və yerləşmə xüsusiyyəti fərqlidir. Xəzin ümumi fon rəngi çaları fərdə və coğrafi mühitə görə dəyişkəndir, həmçinin fəsillərə görə də dəyişir.  Heyvanın xəzinin rəngi beldən yanlara və qarnına doğru tədricən açılır. Boyun, sinənin aşağı hissəsi, qarın, ayaqların iç tərəfi, quyruğun altı ağdır. Quyruğu az tüklü olduğundan nazik görünür. Bədən və pəncələrdə xəzin orta uzunluğu 2-2,5 sm, qarın hissədə isə 5-6 sm-ə çata bilir.

Təbiətdə nadir hallarda qara rəngli bəbirlərə də rast gəlinir. Qara bəbirləri melanis yəni, qara piqmentləşmiş bəbirlər adlandırırlar. Dərisinin qara rəngi monogenetik ressesiv əlamət olub, adi xallı bəbir valideyinlərindən melanis bəbirlər dünyaya gələ bilir. Belə ki, qara rəng daşıyan genlər xallı bəbirlərdə ressesivdir. Hər iki valideyindən alınan bu ressesiv genlər bir araya gəldikdə (rastgəlmə ehtimalına əsasən) onda bala qara rəngli ola bilir. Əlbəttə ki, bu ehtimal çox da böyük olmadığından qara bəbirlərə də nadir hallarda rast gəlinir. Bəbirlərə xas olan xallar qara xəzli fərdlərdə də var. Ancaq həddən artıq tünd olduğuna görə nəzərə çarpmır.

İnsanın barmaq izləri kimi, hər bir bəbirin xallarının forması da müxtəlifdir. Bu tədqiqatçılara onları müəyyən etməyə imkan verir. Bəbirin xallı rəngi onu otların, kolların və ağac yarpaqlarının arasında görünməz edir. Bir sözlə, onlara təbii şəraitdə gizlənməyə kömək edir.

Rəy

Your email address will not be published. Required fields are marked *

azAzerbaijani
en_USEnglish azAzerbaijani