Benxi
WWF Azərbaycan İçəri şəhər, Böyük Qala küç.6 Döngə 11,
Turn 11, AZ1001 Bakı, Azərbaycan
(+994) 12 492-25-04
(+994) 12 492-25-09
Bəbirlər nə ilə qidalanır?
Maraqlı Məlumatlar

Bəbirlərin qida obyeklərinin siyahısına 25 növ heyvan daxildir. Lakin onların sıralanması və potensial sayı, əsasən 2-3 növ orta ölçülü cütdırnaqlı heyvanın populyasiyasının səviyyəsi ilə müəyyən olunur. Bəbir digər şikarlarından daha çox orta ölçülü və müəyyən qədər iri heyvanlara üstünlük verir. Onların Qafqaz ərazisində dağkeçiləri və qoyunları, vəhşi öküz, maral və bu növ digər cütdırnaqlı heyvanları ovlaya biləcəkləri yerlərdə yaşaması buna sübutdur. Qərbi Qafqazın dağları bəbirləri, əsasən dağkeçiləri, vəhşi öküzlər və marallarla, dağətəyi ərazilər isə çöl donuzları və cüyürlərlə cəlb edir. Baş Qafqaz silsiləsinin şərq tərəfi dağları dağkeçisi və vəhşi öküzlər, Araz vadisi isə keçilər və qismən muflonlarla zəngin olması baxımından bəbirlərin yaşaması üçün əlverişlidir. Talış dağ silsiləsinin yamaclarında və Lənkəran ovalıqlarında bəbirlər çöl donuzları, xüsusilə onların balaları və gənc fərdlərlə qidalanırlar. Naxçıvanda bəbirlərin əsas qidasını bezoar keçiləri və muflonlar təşkil edir.

          Vəhşi cütdırnaqlılar çox olan yerlərdə bəbirlər ev heyvanlarına demək olar ki, hücum etmir. Onlar adətən insanlardan uzaq yerlərdə yaşasalar da, bəzən insanların məskunlaşdığı ərazilərə yaxınlaşır, kəndlərə soxulur, oradan müxtəlif ev heyvanlarını, o cümlədən itləri aparırlar. Belə hallara daha çox bəbirlərin Zaqafqaziya arealında rast gəlinir. İnsanlar dağ keçiləri və qoyunlarını ovlayıb saylarını azaltmışlar. Buna görə də bəbirlər tirəndazlarla və çox hallarda ev heyvanları ilə qidalanmağa məcburdurlar. Tirəndaz ovlayarkən bəbirlər özləri də yaralanırlar.

     Bəbir tülkülərə, çaqqallara, canavarlara, porsuqlara, xırda pişiklərə, siçanabənzər gəmiricilərə və quşlara (kəkliklərə) hücum edir. Cütdırnaqlı heyvanlar az olan yerlərdə bu onların yaşamasına kömək edir.

Rəy

Your email address will not be published. Required fields are marked *

azAzerbaijani
en_USEnglish azAzerbaijani